Azərbaycanın müasir innovasiya məkanına çevrilməsi, rəqəmsallaşma və yüksək texnologiyalar sahəsində idarəetmənin təkmilləşdirilməsi, informasiya təhlükəsizliyinin inkişafı kibertəhlükəsizlik sahəsindəki fəaliyyətlərin genişlənməsini şərtləndirir.
Dövlət və özəl sektorda fəaliyyət göstərən ictimai əhəmiyyətli infrastrukturlarda ciddi təhlükəsizlik boşluqları və onların aradan qaldırılmasına imkan verəcək mütəxəssislərin azlığı nəzərə çarpır.
Bu problemlərin aradan qaldırılması, ölkədə kibertəhlükəsizlik mühitinin yaradılması və mərkəzləşmiş davamlı fəaliyyətlərin icrası məqsədilə, kibertəhlükəsizlik sahəsindəki ehtiyacları və beynəlxalq təcrübəni nəzərə alaraq Azərbaycan Kibertəhlükəsizlik Təşkilatları Assosiasiyasını yaratdıq.
22 fevral 2022-ci il tarixində təsis edilən Azərbaycan Kibertəhlükəsizlik Təşkilatları Assosiasiyası informasiya kommunikasiya texnologiyaları və kibertəhlükəsizlik sahəsində fəaliyyət göstərən mütəxəssislərin, şirkət və təşkilatların vahid platforması, gələcəyə təhlükəsiz baxışın təminatçısıdır.
AKTA olaraq kibertəhlükəsizlik sahəsində uyğun təşkilatları və şəxsləri Assosiasiyada “dəmir yumruq” kimi birləşdirib ölkəmizdə kibertəhlükəsizlik mühitini gücləndirməkdir.
Nəticəyönümlü – Öz fəaliyyətində peşəkar formada hədəflərə yönəlmək, yalnız “işi görmək” deyil, “konkret nəticə” prinsipi ilə işləmək
Komanda işi – Müvafiq sahədə ixtisaslaşmış yerli və xarici şəxslər, təşkilatlarla əməkdaşlıq və tərəfdaşlıq etmək. Müəyyənləşdirilmiş səlahiyyətlər çərçivəsində vahid dəyər və məqsədlər üçün birgə əməkdaşlıq etmək
Davamlı Öyrənmə və Təkmilləşdirmə – Ölkədə kibercinayətkarlığın qarşısını almaqda dəstək olmaq, əməkdaşların, könüllülərin bilik və bacarıqlarını daim inkişaf etdirmələrini, özlərini təkmilləşdirmələrini təşviq etmək
Çevik və məsuliyyətli – Üzvlərimiz, tərəfdaşlarımız və müraciət edən hər kəsə çevik və həssas üsullarla yardım etmək, hər bir detala məsuliyyətlə yanaşmaq
Düzgünlük – Özünün və ya maraqlı şəxslərin mənafelərinin xidməti vəzifələrinin yerinə yetirilməsinə təsir etməsinə yol verməmək və qanunsuz müdaxilə cəhdlərinin qarşısını almaq. Öz vəzifə funksiyalarını yerinə yetirərkən və ya qərar qəbul edərkən düzgün olmaq
Şəffaflıq – İşin keyfiyyətinin artırılması, komanda ruhu və yüksək nəticələrin əldə edilməsi məqsədi ilə açıq ünsiyyəti təşviq etmək
Azərbaycanda kibertəhlükəsizlik sahəsindəki mövcud problemlərin aradan qaldırılması, beynəlxalq təcrübəyə uyğun inkişaf strategiyasının müəyyən edilməsi və bu sahədə fəaliyyət göstərəcək milli kadr potensialının hazırlanması işi Assosiasiyanın öz prioritet məqsədlərini formalaşdırmasını şərtləndirir.
Assosiasiya əsas məqsədləri olaraq müəyyən edir:
Assosiasiya müəyyən etdiyi məqsədlər çərçivəsində səmərəli və məhsuldar fəaliyyəti təmin etmək, aparılan işlərin keyfiyyət göstəricilərinin qiymətləndirilməsi və bu sahədə inklüziv inkişafı həyata keçirmək məqsədilə strateji hədəflərini müəyyən edir.
AKTA əməkdaşları və üzvlər öz fəaliyyətində korporativ dəyərləri və etik normalara əməl etməli, fəaliyyətində səmərəliliyi və şəffaflığı artırmalı və digər əməkdaşlara nümunə olmalıdır.
İdarə Heyəti Assosiasiyanın Ümumi Yığıncağı tərəfindən 4(dörd) il müddətinə seçilən Assosiasiyanın İdarə Heyətinin sədri, Baş katib və digər üzvlərdən ibarətdir.