Fəaliyyətimiz
Məlumat sızması hər hansı bir müəssisə üçün bir sıra dağıdıcı nəticələrə səbəb ola bilər. Bu, istehlakçıların və ortaqların etimadını itirməklə şirkəti nüfuzdan sala bilər, mənbə faylları və ya əqli mülkiyyət kimi vacib məlumatların itirilməsi şirkətin rəqabət üstünlüyünə başa gələ bilər. Bundan başqa, verilənlərin qorunması qaydalarına əməl edilməməsi səbəbindən korporativ gəlirlərə təsir göstərə bilər və s.
Kibertəhlükələr həcmindən asılı olmayaraq bütün sahələrə təsir göstərir. Son illərdə ən çox kiberhücumların baş verdiyi haqqında məlumat verilən sahələr səhiyyə, istehsal, maliyyə və hökumət sektorlarıdır.
Bu baxımdan AKTA dövlət qurumları, özəl şirkətlər, tələbə və fiziki şəxslərlə əməkdaşlığa hazırdır.
Assosiasiya kibertəhlükəsizlik sahəsinin inkişafı və təkmilləşdirilməsi ilə bağlı qarşıya qoyduğu məqsəd və hədəflərin reallaşdırılması üçün müxtəlif istiqamətlər üzrə fəaliyyətlərin icrasını zəruri hesab edir:
- Kibertəhlükəsizliyin təmini ilə əlaqədar layihə və proqramların, tədbir və təkliflərin hazırlanması;
- Müvafiq sahədə milli, elmi-texniki və kadr potensialının gücləndirilməsi, “workshop”lar, təlimlər, yay düşərgələrinin təşkili;
- Ölkədaxili, regional və beynəlxalq əməkdaşlığın genişləndirilməsi;
- İnformasiya cəmiyyətinin inkişafına dəstək verilməsi.