Üzvlük

Üzvlük

Azərbaycan Kibertəhlükəsizlik Təşkilatları Assosiasiyası İKT və kibertəhlükəsizlik istiqamətində fəaliyyət göstərən mütəxəssislərin, şirkət və təşkilatların vahid platformasıdır. AKTA ölkəmizin İKT sahəsinin inkişafı, kibertəhlükəsizlik ekosisteminin gücləndirilməsi və kibertəhlkəsizlik üzrə fəaliyyətin əlaqələndirilməsini həyata keçirir. Bu məqsədlərə uyğun olaraq, fiziki və hüquqi şəxslər  Assosiasiyaya üzvlük üçün müraciət edə bilərlər. 

AKTA üzvlər ilə əməkdaşlığı təmin edir və üzvlərin fəaliyyətini dəstəkləyir. Üzvlük AKTA-nın fəaliyyətində yaxından iştirak etmək imkanı verir. Üzvlərlə münasibət tərəflər arasında imzalanmış üzvlük müqaviləsi ilə tənzimlənir. Hüquqi şəxslər üçün üzvlük ödənişlidir. 

AKTA  üzvlük şərtləri və kateqoriyaları barədə məlumat üçün aşağıdakı linkə keçid edin. 

AKTA üzvlük şərtləri və kateqoriyaları.

  • AKTA-nın fəaliyyətində iştirak və səs vermə hüququ;
  • İşgüzar münasibətlərin yaradılması və inkişaf etdirilməsi;
  • AKTA-nın təşkil etdiyi yüksək səviyyəli görüşlər və dəyirmi masalarda iştirak;
  • AKTA tərəfindən yaradılmış işçi qruplarda və alt komissiyalarda iştirak və rəhbərlik;
  • AKTA-nın PR kanallarında çıxış və şirkətlər kataloqunda yerləşmə;
  • Forum, konfrans, seminar və toplantılarda iştirak və çıxış;
  • Təlim və seminarlarda iştirak;
  • AKTA tədqiqat, təhlil və araşdırma nəticələrinə çıxış;
  • AKTA tədbirlərinə xüsusi endirimli sponsorluq imkanları;
  • AKTA xarici səfərlərdə və sərgilərdə iştirak;
  • Birgə layihələrin təşkili və AKTA layihələrində iştirak;
  • AKTA tərəfindən elan edilən müsabiqələrdə iştirak;
  • AKTA şəbəkələşmə tədbirlərində iştirak.
  • AKTA üzvlük şərtlərini yerinə yetirmək
  • AKTA üzvlük vəzifələrini yerinə yetirmək
  • AKTA-nın fəaliyyətinə töhfə vermək
  • AKTA tədbirlərində iştirak etmək
  • AKTA dəyərlərinə bağlılıq və hörmət etmək
  • AKTA fəaliyyət prinsiplərini qorumaq
  • AKTA çərçivəsində əməkdaşlığa dəstək vermək

Həm fiziki, həm də hüquqi şəxslər (dövlət hakimiyyəti və yerli özünüidarə orqanları istisna olmaqla) AKTA-nın üzvü ola bilərlər.

AKTA-ya üzv olmaq istəyən hüquqi şəxslər üzvlük şərtləri və kateqoriyaları ilə tanış olub, müvafiq kateqoriya çərçivəsində AKTA üzvü ola bilərlər.

Fərdi şəxslər sahə üzrə mütəxəssis (ekspert tələblərinə cavab verən şəxslər) olduqlarını təsdiq etdikləri təqdirdə AKTA-ya fiziki şəxs kimi üzv ola bilərlər. Bu barədə ətraflı məlumat AKTA Ekspert Bankı səhifəsində verilmişdir. Bu səhifədən üzvlük müraciətinizi yönləndirməyiniz xahiş olunur.

AKTA-nın fəaliyyət istiqamətləri ilə əlaqəli bütün şəxsləri üzv olmağa dəvət edirik.