Fiziki

Ekspertləri AKTA üzvü olmağa dəvət edirik.

Azərbaycan Kibertəhlükəsizlik Təşkilatları Assosiasiyası ölkədə kibertəhlükəsizlik ekosisteminin inkişafı və İT mütəxəssislərin icmasını formalaşdırmaq məqsədilə ekspertləri vahid platformada birləşdirir. Mütəxəssisləri AKTA üzvlüyünə müraciət etməyə dəvət edirik.

Bu məqsədlə AKTA nəzdində Ekspert Bankı yaradılıb. Müraciəti təsdiq edilmiş mütəxəssislər AKTA-nın fiziki üzvü hesab edilir və onların məlumatları Ekspert bankına daxil edilir. Bundan sonra ekspertlər AKTA üzvlük imkanlarından istifadə edirlər.  

Aşağıdakı tələblərə cavab verən istənilən şəxs AKTA-ya üzv olmaq üçün müraciət edə bilər.

Minimal Tələblər:

  • Yaş və vətəndaşlıq: Yaşı 18-dən yuxarı olan  Azərbaycan Respublikasının vətəndaşları və ya Azərbaycan Respublikasında yaşama və (və ya) işləmə icazəsi almış şəxslər;

  • Aşağıdakı təhsil səviyyələrinin hərhansı birinə sahib olmaq: İnformasiya texnologiyaları, kompüter elmləri, kibertəhlükəsizlik və əlaqəli sahələr üzrə bakalavr səviyyəsi üzrə ali təhsil və (və ya) magistr və daha yuxarı dərəcəli təhsil və (və ya) sahə üzrə tanınan beynəlxalq sertifikat (yalnız orta və daha yuxarı səviyyə) əldə etmiş şəxslər;

  • Təcrübə: İKT, yüksək texnologiyalar, kibertəhlükəsizlik və əlaqəli sahələrdə minimum 3 il iş təcrübəsi. 

Siz də AKTA-nın üzvü olmaq və ölkənin İT və kibertəhlükəsizlik mühitinin inkişafında yaxından iştirak etmək istəyirsinizsə, aşağıdakı formanı dolduraraq, qeydiyyatdan keçin.

AKTA üzvlük müraciətlərinə ən geci bir ay müddətində baxılır və tələblərə cavab verən şəxslər AKTA İdarə Heyətinin qərarı ilə üzvlüyə qəbul edilir və Ekspertlər Bankına daxil edilir. Bundan sonra AKTA üzvlərinə sertifikat təqdim edilir. 

AKTA üzvlüyünün üstünlükləri

AKTA-nın fiziki üzvü olan ekspertlər AKTA-nın bürünc üzvlük kateqoriyasının təqdim etdiyi aşağıdakı imkanlardan ödənişsiz yararlanacaqlar:

  • Nizamnamə üzrə AKTA üzvlərinə təqdim edilən hüquqlar və AKTA-nın fəaliyyətində iştirak etmək;
  • AKTA-nın alt komissiyalarına üzv və sədr seçilmək;
  • AKTA-nın tədbirlərində və layihələrində ekspert qismində iştirak etmək;
  • AKTA media və PR kanallarında çıxış etmək, tədbirlərdə məruzəçi olmaq, ödənişli təlimlərə güzəştli şərtlərlə qoşulmaq və şəbəkələşmə tədbirlərində iştirak etmək.

 

AKTA Kibertəhlükəsizlik İcması

Ekspert tələblərinə cavab verməyən və ya üzvlük müraciətinə müxtəlif səbəblərdən imtina almış şəxslər AKTA Kibertəhlükəsizlik İcmasına üzv ola bilərlər. İcmaya üzv olmaq üçün hərhansı tələblər mövcud deyildir. İcma üzvləri AKTA-nın fəaliyyətinə iştirakçı qismində cəlb ediləcək və onların mütəxəssis kimi inkişafı üçün dəstək veriləcəkdir. İcmanın üzvləri AKTA rəsmi üzvü hesab edilmir. 

Qeydiyyat Linki