Whoops, your device has lost connection. The web page you are viewing is offline.

AKTA-nın tərəfdaşlığı ilə “Bakı Kibertəhlükəsizlik Forumu” keçirildi

01.07.2022

AKTA-nın tərəfdaşlığı ilə “Bakı Kibertəhlükəsizlik Forumu” keçirildi

23 iyun 2022-ci il tarixində “JW Marriott Absheron” otelində “Bakı Kibertəhlükəsizlik Forumu” keçirilib.

Azərbaycan Kibertəhlükəsizlik Təşkilatları Assosiasiyasının (AKTA) xüsusi tərəfdaş kimi çıxış etdiyi Forum, “Palo Alto Networks” şirkətinin distribyutor dəstəyi ilə baş tutub.

“Palo Alto Networks” şirkəti dünya bazarında yeni nəsil korporativ təhlükəsizlik həllərinin aparıcı təchizatçısı hesab olunur.

Kibertəhlükəsizlik sahəsində fəaliyyət göstərən bir sıra şirkət və mütəxəssislərin iştirak etdiyi forum çərçivəsində IT infrastrukturunda dəyişikliklər, kadr çatışmazlığı və CISO, şəbəkə və bulud infrastrukturun qorunması, infrastrukturun və məlumatların qorunması üçün səmərəli həllər və bu kimi digər məsələlər haqqında fikir mübadiləsi aparılıb.


Forumda iştirakçılara “Palo Alto Networks” şirkətinin rəsmiləri tərəfindən kibertəhlükəsizlik sahəsi ilə bağlı yeni trendlər, o cümlədən CXO Challenge, STRATA NGFW, CORTEX, Prisma SASE və onlardan istifadə imkanları barədə ətraflı məlumat verilib. Bu istiqamətdə fəaliyyət göstərən mütəxəssislər arasında əlaqələrin inkişaf etdirilməsinin və şəbəkələşmənin zəruriliyi vurğulanıb.


Forumda çıxış edən AKTA-nın İdarə heyəti sədri Rahid Ələkbərli Azərbaycandakı kibertəhlükəsizlik mühiti və qarşıda görülməli olan işlər barəsində iştirakçıları məlumatlandırıb. O, kibertəhlükəsizlik sahəsində maarifləndirici tədbirlərin həyata keçirilməsinin və savadlılığın artırılmasının Assosiasiyanın əsas hədəfləri sırasında olduğunu qeyd edib.

 

© Bütün hüquqlar qorunur 2022 - 2024