Whoops, your device has lost connection. The web page you are viewing is offline.

Azərbaycan Kibertəhlükəsizlik Təşkilatları Assosiasiyasının İdarə Heyətinin növbəti iclası keçirilib.

02.12.2022

Azərbaycan Kibertəhlükəsizlik Təşkilatları Assosiasiyasının İdarə Heyətinin növbəti iclası keçirilib.

20 sentyabr 2022-ci il tarixində Azərbaycan Kibertəhlükəsizlik Təşkilatları Assosiasiyasının (AKTA) İdarə Heyətinin növbəti toplantısı keçirilib. Assosiasiyanın İdarə Heyətinin sədri Rahid Ələkbərli giriş sözü ilə toplantı iştirakçılarını salamlayıb və iclasın gündəliyini elan edib. Ötən dövr üçün Assosiasiyanın hesabatı və fəaliyyəti haqqında məlumatlar  təqdim olunub. Toplantıda AKTA-nın 4 aylıq fəaliyyəti nəticəsində görülmüş işlər, keçirilmiş görüşlər, tədbirlər, yeni layihələr və üzvlük müraciətləri müzakirə olunub. 

AKTA-nın ofisində baş tutan toplantıda kibertəhlükəsizlik sahəsində fəaliyyət göstərən və Assosiasiyada təmsil olunan “Simbrella”, “CyberPoint”, “AzeRobot”, “Eurodesign CSC”, “CaspianTech”, “A2Z Technologies”, “Digitalks Technologies” və “PNetworks” kimi yerli və xarici şirkətlərin rəhbər şəxsləri və nümayəndələri iştirak ediblər. İştirakçıların xatirə şəkli ilə iclas yekunlaşmışdır. 

© Bütün hüquqlar qorunur 2022 - 2024