Whoops, your device has lost connection. The web page you are viewing is offline.

“Soft skills” – təməl bacarıqların formalaşdırılmasında İKT-nin rolu” adlı layihə

02.12.2022

“Soft skills” – təməl bacarıqların formalaşdırılmasında İKT-nin rolu” adlı layihə

Dövlət Təhlükəsizliyi Xidmətinin Mədəniyyət Mərkəzində Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə və  Azərbaycan Kibertəhlükəsizlik Təşkilatları Assosiasiyasının (AKTA) texniki dəstəyilə “Azərbaycan-İsrail Gənclərinin Dostluq Cəmiyyəti” ictimai birliyi tərəfindən icra olunan “Soft skills” – təməl bacarıqların formalaşdırılmasında İKT-nin rolu” adlı layihə çərçivəsində 2 günlük təlimlər həyata keçirilmişdir.

Layihənin əsas məqsədi gənclərin yumşaq bacarıqlarının (“soft skills”) öz sahələrində uğur qazanmış təlimçilərin köməyilə inkişaf etdirilməsinə töhfənin verilməsidir.  

Tədbiri çıxış sözləri ilə açan Azərbaycan Kibertəhlükəsizlik Təşkilatları Assosiasiyasının (AKTA) sədri Elvin Balacanov İKT sahəsində əldə edilən fundamental biliklərlə yanaşı, yumşaq bacarıqların da gənclərin gələcək inkişafında xüsusi rola və əhəmiyyətə malik olduğunu, eləcə də qlobal səviyyədə yumşaq bacarıqlara tələbin sürətlə artdığını diqqətə çatdırdı. Layihə çərçivəsində keçirilən təlimlərin iştirakçılara birbaşa, digər gənclərə dolayı yolla təsir etməklə cəmiyyətin fəal üzvləri olan gənclərin əmək bazarında uğurla təmsil olunmalarına töhfə verəcəyi vurğulandı. “Azərbaycan-İsrail Gənclərinin Dostluq Cəmiyyəti”nin üzvü Yusif Poladov layihə haqqında bunları qeyd edib: “Soft skills” əmək bazarında hər bir mütəxəssis üçün vacibdir. Peşə bacarıqlarının olması mütləqdir, yumşaq bacarıqlar isə sizi hamıdan fərqli edir. Odur ki, biz də gənclərin özlərini inkişaf etdirmələri, fərqli olmaları üçün bu layihənin ideyasını irəli sürdük”.                          

40-dən çox iştirakçının qatıldığı tədbir çərçivəsində “Analitik düşüncə və problemlərin həlli”, “İKT-də sərbəst öyrənmə strategiyaları”, “Texnologiyalardan istifadə və innovasiyalar” və “İKT sahəsində kommunikasiya bacarıqları” mövzuları üzrə təlimlər keçirilmişdir. Yaxın gələcəkdə gənclərin şəxsi inkişafı və uğurlu olması üçün zəruri olacaq təməl “yumşaq” bacarıqların formalaşdırılmasında İKT-nin rolu ilə bağlı tədbirin sonunda iştirakçılara müvafiq sertifikatlar təqdim olunub.

© Bütün hüquqlar qorunur 2022 - 2024