Whoops, your device has lost connection. The web page you are viewing is offline.

Azərbaycan Kibertəhlükəsizlik Təşkilatları Assosiasiyası ilə Türkiyə Respublikası Müdafiə Sənayesi Agentliyi arasında Anlaşma Memorandumu imzalanıb.

08.12.2022

Azərbaycan Kibertəhlükəsizlik Təşkilatları Assosiasiyası ilə Türkiyə Respublikası Müdafiə Sənayesi Agentliyi arasında Anlaşma Memorandumu imzalanıb.

Azərbaycan Kibertəhlükəsizlik Təşkilatları Assosiasiyası (AKTA) ilə Türkiyə Respublikası Müdafiə Sənayesi Agentliyi arasında Anlaşma Memorandumu imzalanıb.
AKTA nümayəndə heyəti Ankara şəhərində Türkiyə Respublikası Müdafiə Sənayesi Agentliyi, Türkiyə Respublikası Rəqəmsal Transformasiya İdarəsi və Türkiyə Kiber Təhlükəsizlik Klastrının birgə təşkil etdiyi və cari ilin 2 dekabr tarixinədək davam edəcək “Kiber Təhlükəsizlik Həftəsi” adlı tədbirdə iştirak edib. 30 noyabr tarixində baş tutan silsilə tədbirlərdən biri də kibertəhlükəsizlik sahəsində milli, elmi, texniki və kadr potensialının gücləndirilməsi sahəsində əməkdaşlığın genişləndirilməsi məqsədilə AKTA ilə Türkiyə Respublikası Müdafiə Sənayesi Agentliyi arasında Anlaşma Memorandumunun imzalanmasına həsr olunub. Anlaşma Memorandumunun imzalanması ilə bağlı təşkil edilmiş tədbirdə AKTA-nın İdarə Heyətinin sədri Elvin Balacanov tərəfindən AKTA-nın məqsədləri və fəaliyyəti istiqamətləri, eləcə də genişləndiriləcək əməkdaşlığın iki qardaş ölkənin kibertəhlükəsizlik ekosisteminin inkişafına verəcəyi töhfə barədə məlumatlar verilib.
30 noyabr -  2 dekabr tarixlərini əhatə edən tədbirdə AKTA nümayəndə heyəti ilə Türkiyə Müdafiə Sənayesi Agentliyi, Türkiyə Rəqəmsal Transformasiya Ofisi, Türkiyə Kiber Təhlükəsizlik Klastrı, eləcə də NATO Kiber və Hibrid Siyasət Bölməsi, NATO Müştərək Kiber Müdafiə Mükəmməllik Mərkəzi (CCDCOE), Kiber Klublar Birliyi, “CyberThink”, Türkiyə Respublikası Daxili İşlər Nazirliyi, Türkiyə Silahlı Qüvvələri Kiber Müdafiə Komandanlığı, “STM”, “Labris Networks”, “CyberArts” və “Cyberstruggle” şirkətlərinin  nümayəndələri arasında görüşlər və müzakirələr həyata keçirilib.

© Bütün hüquqlar qorunur 2022 - 2024