Azərbaycan Kibertəhlükəsizlik Təşkilatları Assosiasiyası (AKTA ) ölkəmizin kibertəhlükəsizlik ekosisteminin inkişafı ilə bağlı tədbirlərini davam etdirir.
6 Dekabrda 2022 - ci il tarixində AKTA və Caspian Energy Club-ın birgə təşkilatçılığı ilə “İKT CEO MeetUp” tədbiri keçirildi.Tədbirin əsas mövzusu “Kibertəhlükəsizlik, rəqəmsal transformasiyaya keçid və innovativ texnologiyaların tətbiqi” olmuşdur.
Konfransda rəqəmsal transformasiya və kiberhəhlükəsizlik mövzuları ətrafında müzakirələr aparılmışdır.
İkinci paneldə AKTA-nın İdarə Heyətinin sədri, sədr müavini və İdarə Heyətinin üzvü Kibertəhlükəsizlikdə innovativ texnologiyaların tətbiqi mövzusunda çıxış etdilər.