14 dekabr tarixində Azərbaycan Kibertəhlükəsizlik Təşkilatları Assosiasiyası və Türkiyə Respublikasının Prezident Administrasiyasının Rəqəmsal Transformasiya Ofisi arasında gələcək əməkdaşlığın müzakirəsi məqsədilə görüş keçirilmişdir.
Görüşdə AKTA İdarə Heyətinin sədri Elvin Balacanov və Rəqəmsal Transformasiya Ofisinin sədr müavini Yavuz Beyribeyin rəhbərlik etdiyi nümayəndə heyətləri iştirak etmişlər. Görüş zamanı kibertəhlükəsizlik sahəsində birgə milli həllərin hazırlanması, araşdırmaların aparılması, təcrübə və məlumat mübadiləsi, insan resursların inkişafı və ümumilikdə ekosistemin gücləndirilməsi kimi vacib istiqamətlərdə əməkdaşlığın yaradılması üzrə müzakirələr aparılmışdır.
Türkiyə Rəqəmsal Transformasiya Ofisinin nümayəndələri ilə görüş keçirilmişdir.
