Whoops, your device has lost connection. The web page you are viewing is offline.

AKTA xanımların İKT bacarıqlarının inkişafına dəstək verir.

13.03.2023

AKTA xanımların İKT bacarıqlarının inkişafına dəstək verir.

Azərbaycan Respublikasının Gənclər Fondunun maliyyə, Azərbaycan Kibertəhlükəsizlik Təşkilatları Assosiasiyası və “AzeRobot education” tədris mərkəzinin texniki dəstəyi ilə “Avropa Tələbələr Forumu-Sumqayıt” İctimai birliyinin “Gənc qızların  İKT biliklərinə yiyələnməsi və iqtisadiyyata rəqəmsal transformasiyası” adlı layihəsinə yekun vurulmuşdur. Tədbirlər “AzeRobot education” Robototexnika tədris mərkəzinin Koroğlu, Maştağa, Balaxanı filiallarında baş tutmuşdur. Təlimlər  Azərbaycan Kibertəhlükəsizlik Təşkilatları Assosiasiyasından dəvət olunmuş peşəkar  mütəxəssis Müşərrəf Məmmədova tərəfindən keçirilmişdir.

Tədbirlərin əsas məqsədi rəqəmsal mühitlə bağlı gender bərabərsizliyini azaltmaq, qızların rəqəmsal bacarıqlarını inkişaf etdirmək və ölkəmizdə gənc qızların şəxsi inkişafını dəstəkləməkdir. Gənc qızlara rəqəmsal bacarıqlar və kompüter texnologiyaları, elektron ticarətin təşkili, elektron ticarətin hüquqi tənzimlənməsi, həmçinin şəxsi inkişaf bacarıqları və bu bacarıqlardan istifadə etməklə uğur qazanmaq yolları üzrə təlimlər keçirilmişdir.

Qeyd edək ki, təlimlərdə 100-dən artıq gənc qız iştirak edib.

© Bütün hüquqlar qorunur 2022 - 2024