Whoops, your device has lost connection. The web page you are viewing is offline.

Azərbaycan Kibertəhlükəsizlik Təşkilatları Assosiasiyası və Bakı Ali Neft Məktəbi arasında əməkdaşlıq memorandum imzalanıb

18.04.2023

Azərbaycan Kibertəhlükəsizlik Təşkilatları Assosiasiyası və Bakı Ali Neft Məktəbi arasında əməkdaşlıq memorandum imzalanıb

15 aprel 2023-cü il tarixində Azərbaycan Kibertəhlükəsizlik Təşkilatları Assosiasiyası Bakı Ali Neft Məktəbi arasında kibertəhlükəsizlik sahəsində ekosistemin gücləndirilməsi, o cümlədən milli, elmi-texniki və insan resursları potensialının genişləndirilməsi məqsədilə əlaqələrin və işgüzar münasibətlərin qurulması, birgə layihə və tədqiqatların həyata keçirilməsi, səmərəli məlumat mübadiləsinin təşkil olunmasının təşviq edilməsi və əməkdaşlığın həyata keçiriləcəyi ümumi sahələrin müəyyənləşdirilməsi məqsədilə əməkdaşlıq memorandumu imzalanıb.

Tərəflərin kibertəhlükəsizlik sahəsində tədqiqat və inkişaf potensialının gücləndirilməsinə dəstək verilməsi, birgə tədris proqramlarının hazırlanması və həyata keçirilməsi, mövcud tədris proqramlarının təkmilləşdirilməsi, qarşılıqlı maraq kəsb edən mövzular üzrə tədqiqatların aparılması və müxtəlif materialların hazırlanması məqsədilə birgə fəaliyyətin həyata keçirilməsi, kibertəhlükəsizlik sahəsində mütəxəssislərin hazırlanması, müştərək maarifləndirici tədbirlərin, o cümlədən seminar, konfrans və sərgilərin təşkil olunması və digər məsələrlərlə bağlı əməkdaşlığı nəzərdə tutulur.

© Bütün hüquqlar qorunur 2022 - 2024