Whoops, your device has lost connection. The web page you are viewing is offline.

“Virtual təhsil platforması”-nın təqdimatı keçirildi

26.05.2022

“Virtual təhsil platforması”-nın təqdimatı keçirildi

Azərbaycan-İsrail Gənclərinin Dostluq Cəmiyyəti “Virtual təhsil platforması” layihəsini təqdim edib.

Bizim.Media xəbər verir ki, Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) Mədəniyyət Mərkəzində baş keçirilən tədbir Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi və Azərbaycan Kibertəhlükəsizlik Təşkilatları Assosiasiyasının (AKTA) dəstəyi ilə baş tutub.

Tədbirdə Azərbaycan-İsrail Gənclərinin Dostluq Cəmiyyətinin sədri Yusif Poladov,  Azərbaycan Kibertəhlükəsizlik Təşkilatları Assosiyasının (AKTA) sədri Rahid Ələkbərli, Dövlət Təhlükəsizliyi Xidmətinin baş idarə rəisi Davud Rüstəmov və AKTA könüllüləri adından Emin Quliyev çıxış ediblər.

Həmçinin, informasiya təhlükəsizliyi və İT üzrə mütəxəssislər "Rəqəmsal dövrdə kiber təhlükəsizlik" mövzusunda çıxış edərək kiber təhlükəsizlik karyera seçimi olaraq, mobil təhlükələr, rəqəmsallaşma haqqında iştirakçılara məlumat veriblər.

Azərbaycan-İsrail Gənclərinin Dostluq Cəmiyyətinin nümayəndəsi Yusif Poladov bildirib ki, hədəf təhsilin bütün pillələrində müasir informasiya və kommunikasiya texnologiyalarının səmərəli tətbiqi va istifadəsi ilə vahid ümummilli təhsil mühitinin formalaşdırılması və bu zəmində əhalinin bütün təbəqələri üçün keyfiyyətli təhsil almaq imkanlarına yardım etmək, habelə ölkənin təhsil sisteminin dünya təhsil məkanına inteqrasiya olunmasında İsrail mütəxəssislərinin köməyindən yararlanmaqdır".

AKTA sədri Rahid Ələkbərli qeyd edib ki, indiki gənclər erkən yaşdan kiber dünya ilə tanış olmaq imkanı əldə edir:

"Bugünkü maarifləndirmə xarakterli tədbir əsasən, kibergigiyena, fişinq hücumlarından müdafiə, bank kartlarından təhlükəsiz istifadə, uşaqların onlayn təhlükəsizliyi kimi mövzuları əhatə edir".

Tədbirdə iştirak edən gənclərin Azərbaycanda kibercinayətlər, “İnstagram” sosial şəbəkəsində şəxsi məlumatları ötürən proqramlar, ölkəmizdə kibercinayətlərlə bağlı qanun və cəzalar barədə sualları cavablandırılıb. 

İştirakçılara kompyüterlərdən diqqətsiz və məlumatsız istifadə edərkən yarana biləcək problemlər, eləcə də onlardan qorunmaq üçün bəzi təhlükəsizlik tədbirlərinə əməl etmə metodları aşılanıb.

Qeyd edək ki,  100-dən artıq gənc iştirak etdiyi tədbir "Kiberməkanda hüquq normaları", "Survey", "Şəbəkə təhlükəsizliyi və risklər", "“Oxford”-da təhsil", "Mobil tətbiqlərdə təhlükəsizlik boşluqları", "Veb təhlükəsizlik" mövzuları ətrafında müzakirələrlə davam edib.

© Bütün hüquqlar qorunur 2022 - 2024