Whoops, your device has lost connection. The web page you are viewing is offline.

Azərbaycan Kibertəhlükəsizlik Təşkilatları Assosiasiyasının (AKTA) rəhbərliyi və nümayəndə heyəti  ilə Azərbaycan Texniki Universitetinin (AzTU) rəhbərliyi  və Türkiyədən təşrif buyurmuş kriptoqrafiya üzrə mütəxəssis Dr Pinar Gurkan Balikçıoğlu arasında görüş keçirildi

08.05.2023

8 may 2023-cü il tarixində Azərbaycan Kibertəhlükəsizlik Təşkilatları Assosiasiyasının (AKTA) rəhbərliyi və nümayəndə heyəti  ilə Azərbaycan Texniki Universitetinin (AzTU) rəhbərliyi  və Türkiyədən təşrif buyurmuş kriptoqrafiya üzrə mütəxəssis Dr Pinar Gurkan Balikçıoğlu arasında görüş keçirilib.

AKTA-nın ölkənin kibertəhlükəsizlik ekosisteminin gücləndirilməsindəki rolundan  və yaxın gələcək üzrə hədəflərindən bəhs edən AKTA-nın İdarə Heyətinin sədri Elvin Balacanov digər sahələrlə yanaşı kriptoqrafiya sahəsində də qarşılıqlı əməkdaşlığın genişləndirilməsinin zəruri olduğunu vurğulayıb.

Görüş zamanı kriptoqrafiya sahəsində ölkə üzrə kadr potensialının gücləndirilməsində təlim və tədrisin əhəmiyyəti və digər əlaqəli mövzular ətrafında müzakirələr aparılıb. Bununla yanaşı, sahə üzrə fəaliyyətin təkmilləşdirilməsi və əməkdaşlığın genişləndirilməsi məqsədilə birgə addımların atılması barədə danışıqlar aparılıb.

© Bütün hüquqlar qorunur 2022 - 2024