Whoops, your device has lost connection. The web page you are viewing is offline.

İdarə Heyətinin növbəti iclası keçirilib

01.04.2023

İdarə Heyətinin növbəti iclası keçirilib

30 mart 2023-cü il tarixində baş tutmuş iclasda İdarə Heyətinin sədri Elvin Balacanov iclas gündəliyi üzrə 2023-cü il birinci rübü ərzində AKTA tərəfindən görülmüş işlərə dair hesabatla çıxış edib. İclas iştirakçıları tərəfindən AKTA-nın cari ilin birinci rübü üzrə fəaliyyəti müsbət qiymətləndirilib və AKTA-nın gələcək fəaliyyəti üzrə təkliflər səsləndirilib. Həmçinin, iclas zamanı AKTA üzvləri ilə kommunikasiyanın və üzvlərin AKTA-nın fəaliyyətində rolunun, eləcə də tədqiqat və maarifləndirmə üzrə layihələrin genişləndirilməsi ilə bağlı planlara dair geniş müzakirələr aparılıb.

Bununla yanaşı, 2023-cü ilin ikinci rübü ərzində AKTA tərəfindən həyata keçirilməsi planlaşdırılan tədbirlərə dair təkliflər İdarə Heyətinin sədr müavini Rauf Cabarov tərəfindən iclas iştirakçılarının müzakirəsinə təqdim edilib və hər bir təklif ətrafında müzakirələr aparılaraq müvafiq qərarlar verilib.

İdarə Heyətinin üzvü qismində təmsil olunan “Cyberpoint” şirkətinin ofisində baş tutan iclasda “Digitalks Technologies”, “A2Z Technologies”,  “PNetworks”, “Caspian Tech”, “Simbrella” kimi yerli və xarici şirkətlərin rəhbər vəzifəli şəxsləri və nümayəndələri iştirak edib.

İclasdan sonra, Cənubi Qafqaz regionunun kibertəhlükəsizlik xidmətlərinin göstərilməsi sahəsində ixtisaslaşmış ən iri şirkətlərindən olan “Cyberpoint” şirkətinin direktoru Fuad Niftəliyev iclas iştirakçılarını şirkətin fəaliyyəti, habelə texniki-texnoloji infrastrukturu və imkanları ilə yaxından tanış edib.

 

https://www.youtube.com/watch?v=9N3SiawMqNs

© All rights reserved 2022 - 2024