Whoops, your device has lost connection. The web page you are viewing is offline.

Gəncə, Bərdə, Şirvan və Lənkəranda yerləşən STEAM mərkəzlərinə səfərlər təşkil olunub.

10.04.2023

Gəncə, Bərdə, Şirvan və Lənkəranda yerləşən STEAM mərkəzlərinə səfərlər təşkil olunub.

31 mart-7 aprel tarixlərində Elm və Təhsil Nazirliyinin maliyyə dəstəyi ilə Azərbaycan Kibertəhlükəsizlik Təşkilatları Assosiasiyası tərəfindən həyata keçirilən “Ümumi təhsil müəssisələrində kibertəhlükəsizlik üzrə maarifləndirmənin aparılması” layihəsi çərçivəsində Gəncə, Bərdə, Şirvan və Lənkəranda yerləşən STEAM mərkəzlərinə səfərlər keçirilib. 


Səfər çərçivəsində mərkəzlərin yerləşdiyi məktəblərdə təhsil alan şagirdlərə layihə rəhbəri Müşərrəf Məmmədova tərəfindən AKTA-nın və layihənin tanıtımı keçirilib, kibergigiyena üzrə ətraflı məlumat verilib. Həmçinin, layihə icraçıları, STEAM mərkəzlərinin koordinatorları - Raya Ağayeva, Adəm Mansurov, Rahib Qarayev və Rauf Abışov tədbirdə çıxış edərək şagirdləri kibertəhlükəsizliklə bağlı maarifləndiriblər. 
Bununla yanaşı, mərkəzlərin yerləşdiyi məktəblərin rəhbərliyi ilə görüşlər keçirilərək müvafiq sahələr üzrə AKTA ilə gələcək əməkdaşlıq istiqamətləri müzakirə olunub. 


Görüşlərdə ümumilikdə 500-ə yaxın şagird iştirak edib.

© All rights reserved 2022 - 2024