Whoops, your device has lost connection. The web page you are viewing is offline.

AKTA “Moskva-Bakı: İT sahəsində əməkdaşlıq” konfransında iştirak edib.

14.04.2023

AKTA “Moskva-Bakı: İT sahəsində əməkdaşlıq” konfransında iştirak edib.

Azərbaycan və Rusiya arasında İT sahəsində təcrübə və işgüzar əlaqələrin inkişaf etdirilməsi məqsədilə 13 aprel tarixində telekörpü formatında işgüzar konfrans keçirilib. Bakıda və Moskvada keçirilən tədbirə hər iki tərəfdən şirkət rəhbərləri, dövlət nümayəndələri və biznes assosiasiyaların təmsilçiləri qoşulmuşlar.

Tədbirdə Azərbaycan Kibertəhlükəsizlik Təşkilatları Assosiasiyasının sədr müavini Rauf Cabarov Assosiasiyanın məqsəd və fəaliyyəti, ölkəmizdə kibertəhlükəsizlik sektorunun inkişaf perspektivləri və mümkün əməkdaşlıq imkanları barədə məlumat verib.

Konfrans zamanı biznes və dövlət orqanlarının nümayəndələri bir sıra ölkə miqyaslı rəqəmsal və innovativ layihələri təqdim edib və gələcəkdə mümkün birgə layihələr barədə müzakirələr aparıblar.

Tədbirdə “Rusiyanın informasiya təhlükəsizliyi məhsulları və onların digər ölkələrdə tətbiqi təcrübəsi”, “Neft yataqlarının kəşfiyyatında müasir rəqəmsal həllər”, “Rusiya tədqiqat mərkəzlərinin informasiya texnologiyaları sahəsində texnoloji təşəbbüsləri”,  “Rusiya İxrac Mərkəzinin İT Qrupunun inkişafını dəstəkləmək üçün alətlər”, “Azərbaycanda yeni nəsil rəqəmsal imzanın tətbiqi”, “Şəhər xidmətlərində siluet və sifətin tanınması alqoritmlərinin rolu”, “Azərbaycanın innovativ şirkətlərinin beynəlxalq bazarlarda əldə etdiyi nailiyyətlər” və digər mövzular üzərində çıxışlar olmuşdur.

© All rights reserved 2022 - 2024