Whoops, your device has lost connection. The web page you are viewing is offline.

AKTA rəhbərliyinin ölkəmizdə səfərdə olan İsrail informasiya texnologiya şirkətləri və tərəfdaşları ilə işgüzar görüşü keçirilmişdir.

19.04.2023

AKTA rəhbərliyinin ölkəmizdə səfərdə olan İsrail informasiya texnologiya şirkətləri və tərəfdaşları ilə işgüzar görüşü keçirilmişdir.

18 aprel tarixində ölkəmizdə səfərdə olan İsrail nümayəndə heyətinin tərkibində yer alan informasiya texnologiyaları şirkətləri və AKTA rəhbərliyi arasında görüş keçirilmişdir.

Qeyd edək ki, AKTA təsis edildiyi dövrdən etibarən İsrail tərəfdaşları ilə sıx əlaqələr qurulur, birgə layihələrin inkişafı istiqamətində işlər aparılır. Tərəflərin iştirakı ilə artıq bir neçə dəfə xarici səfərlər təşkil edilmişdir. Son işgüzar görüşlər bu ilin yanvar ayında Təl-Əviv şəhərində baş tutan “CyberTech Global Tel Aviv 2023” konfrans və sərgisində AKTA nümayəndə heyətinin səfəri çərçivəsində keçirilmişdir.

Bu istiqamətdə aparılan işlər ölkələrimizin informasiya texnologiyaları və kibertəhlükəsizlik sahəsində qarşılıqlı əməkdaşlıq imkanlarının genişləndirilməsinə xüsusi töhfə verir.

 

© All rights reserved 2022 - 2024