Whoops, your device has lost connection. The web page you are viewing is offline.

AKTA beynəlxalq konfransda iştirak edib

12.05.2023

AKTA beynəlxalq konfransda iştirak edib

Mayın 11-də Azərbaycan Dövlət Neft və Sənaye Universitetində IV Sənaye inqilabı və İnformasiya Texnologiyalarına həsr olunmuş I Beynəlxalq Konfrans işinə başlayıb.

Azərbaycan Kibertəhlükəsizlik Təşkilatları Assosiasiyası konfransda iştirak edən təşkilatlar sırasında yer almışdır. AKTA-nın sədr müavini Rauf Cabarov konfransın açılışında çıxış edib və kibertəhlükəsizlik sahəsində elmi işlərin və tədqiqat layihələrinin önəmindən danışmışdır.

Konfransda yerli və xarici alimlərin kibertəhlükəsizlik sahəsi ilə yanaşı robototexnika, avtomatlaşdırmada innovasiyalar, məlumat mühəndisliyi, süni intellekt, İT sistemlər, rəqəmsal ekosistem və rəqəmsal səhiyyə mövzularında elmi işləri və layihələri təqdim edilmişdir.  

© All rights reserved 2022 - 2024