Xəbərlərə qayıt
News • 23.04.2026

“Kibertəhlükəsizlik Risklərinin İdarə Edilməsi və Təşkilatlar üçün Əsas Təhlükəsizlik Səviyyəsi” mövzusunda təlim

 “Kibertəhlükəsizlik Risklərinin İdarə Edilməsi və Təşkilatlar üçün Əsas Təhlükəsizlik Səviyyəsi” mövzusunda təlim

AKTA və Estoniyanın “e-Governance Academy” (eGA) təşkilatının birgə əməkdaşlığı çərçivəsində “Kibertəhlükəsizlik Risklərinin İdarə Edilməsi və Təşkilatlar üçün Əsas Təhlükəsizlik Səviyyəsi” mövzusunda iki günlük təlim uğurla həyata keçirilib.

 

Təlimdə dövlət qurumları və kritik infrastruktur subyektlərində çalışan İT və informasiya təhlükəsizliyi mütəxəssisləri, CISO və CIO-lar, risk və uyğunluq üzrə məsul şəxslər, eyni zamanda daxili auditorlar iştirak ediblər. Sessiyalar zamanı ISO/IEC 27001 standartı çərçivəsində risklərin idarə edilməsi, təhlükəsizlik nəzarətləri, baza təhlükəsizlik yanaşmaları və menecmentin proseslərə effektiv cəlb olunması kimi əsas mövzular üzrə praktiki biliklər bölüşülüb.