Whoops, your device has lost connection. The web page you are viewing is offline.

Bakıda “Kiber Kafe - 2023” kibertəhlükəsizlik şəxsi inkişaf və təlim proqramı adlı tədbir keçirilib

17.04.2023

Bakıda “Kiber Kafe - 2023” kibertəhlükəsizlik şəxsi inkişaf və təlim proqramı  adlı tədbir keçirilib

Kiber Təhlükəsizlik Platforması (KTP), Bakı Gənclər Mərkəzi (BGM) və Azərbaycan Kibertəhlükəsizlik Təşkilatları Assosiasiyasının (AKTA) birgə təşkilatçılığı ilə “Kiber Kafe - 2023” kibertəhlükəsizlik şəxsi inkişaf və təlim proqramı adlı tədbir 14 aprel 2023-cü il tarixində keçirilib. Bakı Gənclər Mərkəzində baş tutan tədbir “Aselsan Baku”, “Allsafe Kibertəhlükəsizlik”, “ÖzGədəbəy” şirkətlərinin sponsorluğu və Azərbaycan Texniki Universitetinin, “Creative Developers Club” və “Pringberg” şirkətlərinin texniki-təşkilati dəstyi ilə həyata keçirilmişdir. 

Vətənimizin və xalqımızın təhlükəsizliyi naminə Şəhid olanların əziz xatirəsi bir dəqiqəlik sükutla yad olunduqdan və dövlət himni səsləndirildikdən sonra tədbirin açılış hissəsində Bakı Gənclər Mərkəzinin direktoru xanım Nərgiz Babayeva, Kiber Təhlükəsizlik Platformasının təhsisçi və icraçı direktoru Şahin Alıyev, AKTA-nın idarə heyətinin sədri Elvin Balacanov, Aselsan Baku şirkətinin icraçı direktoru Özgür Kürüm, Azərbaycan Respublikası Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidmətinin şöbə rəisi Nadir Novruzov, “Prosol” QSC-nin həmtəsisçisi Babək Ağayev, “İnterprobe” şirkətinin informasiya təhlükəsizliyi şöbəsinin rəhbəri Mahir Yüksel, “Karmasis Azərbaycan” şirkətinin icraçı direktoru xanım Berna Baysal və Azərbaycan Respublikasının Milli Məclisinin deputatı Vüqar İskəndərov çıxış etmişdirlər. Çıxış edənlər tədbirin əhəmiyyətini, gənclərin kibertəhlükəsizlik sahəsinə maraqlarının günügündən artmasını, dövlət-özəl və ictimai təşkilatlar tərəfindən sözügedən sahədə aparılan işlərdə fəal iştirakını, qanunvericilik və perspektiv imkanları qeyd ediblər.

Tədbirin ikinci hissəsində informasiya texnologiyaları, kibertəhlükəsizlik sahsində müxtəlif qurumların nümayəndələrinin panel iştirakı ilə önəmli informasiya təhlükəsizliyinin qorunması istiqamətində peşəkar inkişafa aid mövzulara toxunularaq birgə müzakirələr aparılmışdır.

Tədbirdə müzakirəyə çıxarılmış mövzuların əhəmiyyəti əsasən gənclərin kibertəhlükəsizlik sahəsində gələcək fəaliyyətlərinə, onların xüsusi istedad və bacarıqlarını kəşf edib, həmçinin onların tanıdılmasına dəstək olmaq idi. Tədbir çərçivəsində ümumən 400-ə yaxın iştirakçının və 18 məruzəçi-ekspertin iştirakı ilə müxtəlif interaktiv sorğular-müzakirələr keçirilmiş, kibergigiyena, kibercinəyatkarlıqla mübarizə, kiber-mühit, sosial və idarəçilik təcrübələrinə aid sorğular xüsusi olaraq maraq kəsb etmişdir.

Onu da qeyd edək ki, sözügedən tədbir 2021-ci ildən etibarən Kiber Təhlükəsizlik Platforması tərəfindən keçirilməyə başlayıb və hər il bu tədbirə həm gənclərin, həm də müxtəlif dövlət-özəl və ictimai təşkilatların maraqlarının artması müşahidə olunur.

© All rights reserved 2022 - 2024