"Kiber Diaspora" ölkə xaricində İT və kibertəhlükəsizlik sahəsində çalışan peşəkar həmyerlilərimizin qlobal miqyaslı virtual icması və şəbəkələşmə platformasıdır.

Bu platforma üzvlər arasında təcrübə, bilik, məlumat paylaşılması və əməkdaşlığın təşviq edilməsi üçün yaradılmışdır.

Beynəlxalq İT icma

Texnoloji diaspora

Beynəlxalq təcrübə

İnkişaf və inteqrasiya

Kiber Diasporanın məqsədi:


İcma

Kibertəhlükəsizlik üzrə müxtəlif ölkələrdə çalışan peşəkar azərbaycanlıları birləşdirmək və onların qlobal şəbəkəsini qurmaq.

Şəbəkələşmə və Əməkdaşlıq:

Kibertəhlükəsizlik üzrə peşəkar azərbaycanlıların arasında əlaqələri inkişaf etdirmək, onları Azərbaycanda çalışan mütəxəssislər ilə əlaqələndirmək və onlar arasında əməkdaşlığı təşviq etmək.

Bilik və Təcrübə Paylaşımı:

Kibertəhlükəsizlik sahəsində beynəlxalq təcrübələr və həmyerlilərimizin şəxsi bilik və təcrübələrini, o cümlədən araşdırmalar, məqalələr, təklif və tövsiyələrinin paylaşılması üçün platforma yaratmaq.

Təlim və Tədris:

Beynəlxalq təcrübəsi olan həmyerlilərimizi ölkəmizdə gənclərin inkişafı prosesinə cəlb etmək üçün müxtəlif proqram (mentor proqramları) və seminarlar təşkil etmək.


Kiber Diasporanın Tədbirləri:

Diaspora bankı:

Tanınmış İT ixtisaslı həmvətənlərimizin profillərindən ibarət səhifə yaradılır.

Müzakirələr:

Müxtəlif kibertəhlükəsizlik mövzuları, trendlər və çətinliklərin müzakirəsi üçün müxtəlif formatlı müzakirələr keçirilir.

Təqdimat İmkanları və Tədbirlər Planı:

Keçiriləcək vebinar, təlimlər, konfranslar və əməkdaşlıq tədbirləri haqqında məlumat paylaşılır və diasporadan çıxışçılar dəvət edilir.

Birgə layihələr:

Üzvlərin əməkdaşlığı ilə birgə layihələr keçirilir və effektiv kommunikasiya qurulur.


Müraciət forması

(whatsapp nömrə)
(olmadığı təqdirdə "yoxdur" yazın)