9 aprel tarixində AKTA-nın Kiber Klub təşəbbüsü çərçivəsində Bakı Biznes Universitetində “İnformasiya təhlükəsizliyi idarəçiliyi (GRC) və ən yaxşı təcrübələr” mövzusunda seminar təşkil olunub. Seminarda AKTA eksperti Sinan Əliyev informasiya təhlükəsizliyi idarəetmə sistemləri, risklərin müəyyənləşdirilməsi və qiymətləndirilməsi, uyğunluq çərçivələri, eləcə də effektiv nəzarət mexanizmləri barədə ətraflı təqdimatla çıxış edib. O, GRC yanaşmasının təşkilatlarda sistemli, şəffaf və davamlı təhlükəsizlik mühitinin qurulmasında oynadığı rolu praktik nümunələr əsasında izah edib. Seminar tələbələrin informasiya təhlükəsizliyi sahəsində nəzəri və praktik biliklərinin artırılmasına, eləcə də bu istiqamətdə praktik yanaşmalarla tanış olmalarına mühüm töhfə verib.