AKTA-nın təşəbbüsü ilə universitetlərdə yaradılan Kiber Klub üzvlərindən ibarət komandalar Avropa Şərq Tərəfdaşlığı çərçivəsində təşkil olunan “2026 EaP Civic Tech Hackathon”da uğurlu nəticələr əldə edərək final mərhələsinə yüksəliblər. Hakatonda Azərbaycandan Bakı Biznes Universiteti, Azərbaycan Dövlət İqtisad Universiteti (UNEC) və ADA Universiteti təmsil olunub.
Yarışda ölkəmiz iki komanda ilə iştirak edib. Bakı Biznes Universitetinin “Artiproof” komandası seçim mərhələlərini uğurla keçərək 17–19 aprel tarixlərində Kişinyov şəhərində keçirilən mərhələdə yüksək nəticə göstərib və final mərhələsinə vəsiqə qazanıb.
UNEC və ADA Universitetlərinin tələbələrindən ibarət birgə komanda da hakatonda uğurlu çıxış nümayiş etdiriblər.
Qeyd edək ki, “2026 EaP Civic Tech Hackathon”un yekun nəticələrinin 2026-cı ilin iyun ayında elan edilməsi planlaşdırılır.