Azərbaycan Kibertəhlükəsizlik Təşkilatları Assosiasiyası (AKTA) və Azərbaycan Texniki Universiteti arasında görüş keçirildi.

06.03.2023

Azərbaycan Kibertəhlükəsizlik Təşkilatları Assosiasiyası (AKTA) və Azərbaycan Texniki Universiteti arasında görüş keçirildi.

3 mart 2023-cü il tarixində Azərbaycan Kibertəhlükəsizlik Təşkilatları Assosiasiyasının (AKTA) inzibati heyəti və üzvləri ilə Azərbaycan Texniki Universitetinin rektoru Vilayət Vəliyev və Kibertəhlükəsizlik kafedrasının müdiri Yadigar İmamverdiyev arasından görüş baş tutub. AKTA-nın İdarə Heyətinin sədri Elvin Balacanov qonaqları salamlayıb və əməkdaşlığın genişlənməsindən məmnunluğunu ifadə edib.

Görüşdə AKTA və AzTU arasında əməkdaşlıq istiqamətləri, o cümlədən sənaye və beynəlxalq tərəfdaşlarla əməkdaşlığın genişləndirilməsi, kibertəhlükəsizlik sahəsində təhsil, xarici universitetlərlə birgə proqramların yaradılması, tədris proqramlarının və sillabusların hazırlanması, kadr hazırlığı və digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

© All rights reserved 2022 - 2024