13.04.2023
12 aprel 2023-cü il tarixində Azərbaycan Kibertəhlükəsizlik Təşkilatları Assosiasiyasının (AKTA) rəhbər heyəti və Malayziya səfirliyinin Müvəqqəti işlər vəkili arasında görüş baş tutub.
Görüş iştirakçılarını salamlayan Malayziya səfirliyinin nümayəndəsi dövlət olaraq kibertəhlükəsizlik sahəsinə verdikləri töhfədən və getirdikləri yeniliklərdən danışdı.
Azərbaycan Kibertəhlükəsizlik Təşkilatları Assosiasiyasının İdarə Heyətinin sədri Elvin Balacanov AKTA-nın ölkənin kibertəhlükəsizlik ekosisteminin gücləndirilməsindəki rolundan və yaxın gələcək üzrə hədəflərindən bəhs edib.
Görüşdə AKTA və Malayziya səfirliyi arasında gələcək əməkdaşlıq istiqamətlərindən və digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.