İnformasiya-kommunikasiya texnologiyalarının standartlaşdırılması üzrə Texniki Komitənin növbəti iclası keçirilib

07.09.2023

İnformasiya-kommunikasiya texnologiyalarının standartlaşdırılması üzrə Texniki Komitənin növbəti iclası keçirilib

Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyində İnformasiya-kommunikasiya texnologiyalarının standartlaşdırılması üzrə Texniki Komitənin (TK-05)  növbəti iclası keçirilib.

İclasda 2023-cü il üzrə Fəaliyyət Planına uyğun görülmüş işlər, o cümlədən İKT sahəsində  7 yeni dövlət standartının layihəsi müzakirə edilib və aktual hesab edilən əlavə standartların hazırlanması qərara alınıb.

Həmçinin iclasda, Azərbaycan Respublikası Prezidentinin 2023-cü il 23 yanvar tarixli 3721 nömrəli Sərəncamı ilə təsdiq edilmiş “Milli standartlaşdırma sisteminin beynəlxalq tələblərə uyğunlaşdırılmasına dair 2023-2025-ci illər üçün Dövlət Proqramı”nda Texniki Komitənin üzərinə düşən vəzifələrin müzakirəsi aparılıb və görüləcək tədbirlər müəyyənləşdirilib.  

Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin İnformasiya Kommunikasiya Texnolgiyaları Agentliyi, Azərbaycan Kibertəhlükəsizlik Təşkilatları Assosasiyasının İdarə Heyətinin sədri Elvin Balacanov Texniki Komitəyə üzv qəbul edilib.  

 

© Bütün hüquqlar qorunur 2022 - 2024