3 mart tarixində AKTA ilə Yaponiyanın milli CERT qurumunun nümayəndə heyəti arasında görüş keçirilib. Yapon nümayəndə heyətini JPCERT/CC-nin Qlobal Koordinasiya Bölməsinin direktoru Koichiro Komiyama və təşkilatın təhdidlərin analizi üzrə analitiki Shihono Yonezawa təmsil ediblər.
Görüş zamanı tərəflər kibertəhlükəsizlik sahəsində ümumi əməkdaşlıq imkanları barədə fikir mübadiləsi aparıblar. AKTA nümayəndələri və yapon heyəti qarşılıqlı əməkdaşlığın inkişaf perspektivlərini müzakirə ediblər.