pages/target.section_0
Assosiasiyanın əsas məqsədləri
Assosiasiyanın əsas məqsədlərini ölkədə kibertəhlükəsizlik ekosisteminin gücləndirilməsi, kibertəhlükəsizliyin təmin olunması sahəsində (bundan sonra – müvafiq sahə) həyata keçirilən tədbirlərin əlaqələndirilməsinə və müvafiq sahənin inkişafına dəstəyin verilməsi təşkil edir.
Assosiasiyanın fəaliyyət istiqamətləri
- kibertəhlükəsizliyin təmini ilə əlaqədar müvafiq layihə və proqramların hazırlanması və dəstəklənməsində iştirak etmək;
- müvafiq sahənin inkişafı ilə bağlı tədbirlər həyata keçirmək, təkliflərin işlənib hazırlanmasında və tədbirlərin həyata keçirilməsində iştirak etmək;
- müvafiq sahədə milli, elmi-texniki və kadr potensialının gücləndirilməsinə dəstək vermək;
- müvafiq sahədə ölkədaxili, regional və beynəlxalq əməkdaşlığın genişləndirilməsinə dəstək vermək;
- müvafiq sahədə ixtisaslaşmış yerli və xarici fiziki və hüquqi şəxslərin fəaliyyətinin əlaqələndirilməsini təmin etmək, onları könüllülük və qarşılıqlı razılıq prinsipləri əsasında birləşdirmək;
- müvafiq sahədə maarifləndirmə və məlumatlandırmanı həyata keçirmək və bu sahədə fəaliyyətin həyata keçirilməsində iştirak etmək, ölkədə kibertəhlükəsizlik mədəniyyətinin inkişafına dəstək vermək;
- informasiya cəmiyyətinin inkişafına dəstək vermək.