Haqqımızda

Təşkilati Struktur və Üzvlər


Təşkilati struktur və idarəetmə orqanları

  • Ümumi Yığıncaq (Assosiasiyanın ali idarəetmə orqanı)
  • İdarə Heyəti (Assosiasiyanın kollegial idarəetmə orqanı)
  • Nəzarət-təftiş komissiyası
  • Ekspert Komitələri
  • Assosiasiyanın İcra Aparatı (Assosiasiyanın icra orqanı)

Ümumi Yığıncaq

Ümumi Yığıncaq Assosiasiyanın ali idarəetmə orqanı olmaqla bütün üzvləri özündə birləşdirir. Ümumi Yığıncaq ildə bir dəfədən az olmayaraq keçirilir. Ümumi Yığıncaq Assosiasiyanın İdarə Heyətinin, təsisçilərdən birinin və ya üzvlərinin üçdə bir hissəsinin təşəbbüsü ilə çağırılır.

Ümumi Yığıncağın səlahiyyətinə aşağıdakı məsələlərin həlli aiddir:

  • Assosiasiyanın İdarə Heyətinin sədrinin seçilməsi.
  • Assosiasiyanın yenidən təşkili və ləğv edilməsi.
  • Başqa təşkilatlarda iştirak;
  • Assosiasiyanın illik hesabatının təsdiq edilməsi;
  • Assosiasiyanın icra orqanlarının yaradılması və onların səlahiyyətlərinin vaxtından əvvəl dayandırılması;
  • Assosiasiyanın əmlakının formalaşma və istifadə prinsiplərinin müəyyən edilməsi;
  • Assosiasiyanın nizamnaməsinin qəbulu və ona dəyişikliklərin edilməsi;

İdarə Heyəti

İdarə Heyəti Assosiasiyanın Ümumi Yığıncağı tərəfindən 4 (dörd) il müddətinə seçilən Assosiasiyanın İdarə Heyətinin sədri, sədr müavini, baş katibi və digər üzvlərdən ibarətdir. İdarə Heyətinin tərkibi ilə növbəti səhifədən tanış ola bilərsiz.

İdarə Heyətinin vəzifələrinə daxildir

  • Assosiasiyanın fəaliyyətinə cari rəhbərliyi həyata keçirir və Assosiasiyanın ali idarəetmə orqanına (Ümumi Yığıncaq) hesabat verir;
  • Assosiasiyanın icra orqanlarının strukturunu formalaşdırır, bununla bağlı komitələr, komissiyalar və digər daxili struktur bölmələr yaradır, onların səlahiyyət dairəsini müəyyən edir, əsasnamələrini təsdiq edir və fəaliyyətinə xitam verir;
  • Assosiasiyanın üzvlüyünə qəbul edir və üzvlükdən azad edir;
  • Üzvlük haqlarının miqdarını və ödənilməsi şərtlərini və qaydalarını müəyyənləşdirir;
  • Assosiasiyanın filiallarını yaradır və nümayəndəliklərini açır.