Haqqımızda
Dövlət və özəl sektora məxsus kritik infrastrukturlarda kiber təhlükəsizlik təhdidlərinin artması və kibertəhlükəsizliyi təmin edən mütəxəssislərin azlığı nəzərə çarpır.
Bu problemlərin aradan qaldırılması, ölkədə kibertəhlükəsizlik mühitinin inkişafı və əlaqələndirilmiş fəaliyyətin təşkili məqsədilə, kibertəhlükəsizlik sahəsindəki ehtiyacları və beynəlxalq təcrübəni nəzərə alaraq Azərbaycan Kibertəhlükəsizlik Təşkilatları Assosiasiyası yaradılmışdır.
19 aprel 2022-ci il tarixində dövlət qeydiyyatına alınmış Azərbaycan Kibertəhlükəsizlik Təşkilatları Assosiasiyası kibertəhlükəsizlik və informasiya kommunikasiya texnologiyaları sahəsində fəaliyyət göstərən ekspertlərin, şirkət və təşkilatların vahid platforması, gələcəyə təhlükəsiz baxışın təminatçısıdır.
AKTA olaraq kibertəhlükəsizlik sahəsində uyğun təşkilatları və şəxsləri Assosiasiyada “dəmir yumruq” kimi birləşdirib ölkəmizdə kibertəhlükəsizlik mühitini gücləndirməkdir.