Haqqımızda
Assosiasiyanın dəyərləri
Nəticəyönümlü – Öz fəaliyyətində peşəkar formada hədəflərə yönəlmək, yalnız “işi görmək” deyil, “konkret nəticə” prinsipi ilə işləmək
Komanda işi – Müvafiq sahədə ixtisaslaşmış yerli və xarici şəxslər, təşkilatlarla əməkdaşlıq və tərəfdaşlıq etmək. Müəyyənləşdirilmiş səlahiyyətlər çərçivəsində vahid dəyər və məqsədlər üçün birgə əməkdaşlıq etmək
Davamlı Öyrənmə və Təkmilləşdirmə – Ölkədə kibercinayətkarlığın qarşısını almaqda dəstək olmaq, əməkdaşların, könüllülərin bilik və bacarıqlarını daim inkişaf etdirmələrini, özlərini təkmilləşdirmələrini təşviq etmək
Çevik və məsuliyyətli –– Üzvlərimiz, tərəfdaşlarımız və müraciət edən hər kəsə çevik və həssas üsullarla yardım etmək, hər bir detala məsuliyyətlə yanaşmaq
Şəffaflıq – İşin keyfiyyətinin artırılması, komanda ruhu və yüksək nəticələrin əldə edilməsi məqsədi ilə açıq ünsiyyəti təşviq etmək
Etik davranış normaları
AKTA əməkdaşları və üzvlər öz fəaliyyətində korporativ dəyərlərə və aşağıdakı etik davranış normalarına əməl etməli, fəaliyyətində səmərəliliyi və şəffaflığı artırmalı və digər əməkdaşlara nümunə olmalıdır.