Whoops, your device has lost connection. The web page you are viewing is offline.

Ekspert komitələri

Komitələr AKTA üzvü olan hüquqi şəxsləri təmsil edən ekspertlər və müstəqil AKTA ekspertlərindən ibarət olmaqla müxtəlif mövzular, sektor və texnoloji domenlər üzrə formalaşdırılır.

Komitələr aidiyyəti sahələr üzrə məlumat paylaşır, məsələ və problemləri müzakirə edir, təklif, tövsiyə və sənədləri hazırlayıb, təqdim edirlər. Komitələrin qərarları və təklifləri AKTA-nın fəaliyyətində nəzərə alınır və təqdim edilən təklif və tövsiyələrin əsasını təşkil edir.

Komitə üzvü olmaq üçün müraciət şəxsi kabinet vasitəsilə həyata keçirilir.

Komitələrin müddətsiz seçilən üzvləri sirasından bir il müddətinə sədr və katib seçilir.

Komitələrin iclasları fiziki və ya onlayn görüş formatında keçirilir. Hər rübdə ən azı bir iclas keçirilir. Komitənin hər bir üzvü il ərzində keçirilən iclasların ən azı yarısında iştirak etməlidir.

© Bütün hüquqlar qorunur 2022 - 2024