Kibertəhlükəsizlik, informasiya təhlükəsizliyi və informasiya texnologiyaları sahəsində (bundan sonra - müvafiq sahə) təhsil, maarifləndirmə və kadr potensialının gücləndirilməsi üzrə həyata keçirilən fəaliyyətə dəstək vermək, təklif və layihələr hazırlamaq.
Müvafiq sahədə təhsil, maarifləndirmə və kadr potensialının gücləndirilməsi üzrə mövcud problemlərinin təhlili və təkliflərin hazırlanması;
Müvafiq sahə üzrə qabaqcıl beynəlxalq təcrübənin öyrənilməsi və təkliflərin hazırlanması;
Müvafiq sahə üzrə ixtisasların tədris metodiki bazasının və tədris proqramlarının təkmilləşdirilməsi ilə bağlı təklif və layihələrin hazırlanması;
Təhsil, maarifləndirmə və kadr potensialının gücləndirilməsi üzrə həyata keçirilən fəaliyyətə dəstək verilməsi;
“Kiber klublar”ın fəaliyyətinə dəstək verilməsi;
Müvafiq sahə üzrə ictimai dinləmələr, görüşlər və dəyirmi masaların təşkil edilməsi;
AKTA “Ağ sənədi”nin (“White paper”) formalaşdırılmasına müvafiq sahədə təhsil, maarifləndirmə və kadr potensialının gücləndirilməsi məsələləri üzrə töhfə verilməsi.
Sədr
Code Academy / təsisçi və baş icraçı direktor
Katib
in4tech / direktor