Həllər, texnologiya və innovasiyalar

Komitənin məqsədi

Kibertəhlükəsizlik, informasiya təhlükəsizliyi və informasiya texnologiyaları sahəsində (bundan sonra - müvafiq sahə) yerli həllərin, texnologiya, innovasiya və startapların öyrənilməsi, onların təşviqi, təcrübə mübadiləsi və dəstəklənməsini təmin etmək.

  • Fəaliyyət istiqamətləri

  • Milli həllərin və texnologiyaların yaradılmasına dəstək verilməsi;

  • Müvafiq sahə üzrə startapların təhlili və təşviqinin dəstəklənməsi;

  • Müvafiq sahə üzrə hazırlanmış yerli məhsulların qlobal bazara çıxışının dəstəklənməsi;

  • Azərbaycanın kiber innovasiya və startap ekosisteminin rəqabət qabiliyyətliliyinin artırılması məqsədilə təhlillərin aparılması və təkliflərin hazırlanması;

  • Üzvlər arasında təcrübə, ideya mübadiləsi və mümkün sinerjilərin qurulması;

  • Sahə üzrə müvafiq dövlət qurumları və subyektlərlə əlaqələrin yaradılması və müzakirələrin aparılması;

  • İnnovativ layihələr, o cümlədən startaplardan istifadə imkanlarının araşdırılması və təkliflərin verilməsi;

  • Sahənin innovativ sektorları (bulud texnologiyaları, süni intellekt, robot texnologiyaları, İoT və s.) üzrə maraqlı tərəflər arasında kommunikasiyanın yaradılması;

  • Müvafiq sahə üzrə ictimai dinləmə, görüş və dəyirmi masaların təşkil edilməsi;

  • AKTA “Ağ sənədi”nin (“White paper”) formalaşdırılmasına müvafiq sahənin yerli məhsul, texnologiya, innovasiya və startap məsələləri üzrə töhfə verilməsi.

Komitə üzvləri

© Bütün hüquqlar qorunur 2022 - 2024