Hüquq və ictimai təşəbbüslər

Komitənin məqsədi

Kibertəhlükəsizlik, informasiya təhlükəsizliyi və informasiya texnologiyaları sahəsində (bundan sonra - müvafiq sahə) hüquqi tənzimetmənin və ictimai əhəmiyyətli məsələlərin təhlili, müzakirəsi və təkliflərin hazırlanmasını təmin etmək.

  • Fəaliyyət istiqamətləri

  • Müvafiq sahə üzrə hüquqi tənzimetmə mexanizmlərinin təhlili, müzakirəsi və qanunvericiliyə əlavə və dəyişiklik edilməsi ilə əlaqədar təşəbbüslərin hazırlanması

  • Müvafiq sahənin hüquqi tənzimlənməsi ilə bağlı qabaqcıl beynəlxalq təcrübənin öyrənilməsi və ölkəmizdə tətbiq edilməsi imkanlarının müzakirə edilməsi

  • Müvafiq sahə üzrə hazırlanmış normativ hüquqi akt layihələrinin müzakirə edilməsi və rəylərin hazırlanaraq təqdim edilməsi

  • Müvafiq sahə üzrə normativ hüquqi akt layihələrinin hazırlanması üzrə təşəbbüslərin həyata keçirilməsi

  • Müvafiq sahənin hüquqi tənzimlənməsi üzrə aidiyyəti qurumlara tövsiyələrin təqdim edilməsi

  • Müvafiq sahə üzrə ictimai dinləmə, görüş və dəyirmi masaların təşkil edilməsi

  • AKTA “Ağ sənədi”nin (“White paper”) formalaşdırılması zamanı hüquqi tənzimetmə məsələləri üzrə töhfə verilməsi.

Komitə üzvləri

© Bütün hüquqlar qorunur 2022 - 2024