17.12.2024
❓Sosial media hesablarında işləmədən və ya az miqdarda investisiya yatırmaqla iri həcmdə gəlir əldə edə biləcəyinizlə bağlı təkliflərə necə reaksiya verirsiniz?
❗Tərəfimizdən keçirilmiş sorğu nəticələrinə əsasən, respondentlərin 20%-i bu kimi təkliflərin hər hansı təhlükə ehtiva etdiyini düşünmür və ya bundan əmin deyil.
ℹ Məlumat üçün qeyd edək ki, cari ilin noyabr-dekabr ayları ərzində kibertəhlükəsizliklə bağlı əhali arasında məlumatlılıq səviyyəsinin ölçülməsi məqsədilə Azərbaycan Kibertəhlükəsizlik Təşkilatları Assosiasiyası tərəfindən onlayn anonim sorğu keçirilmişdir.
ℹ Müxtəlif cins və yaş kateqoriyalarını əhatə etmiş sorğuda ümumilikdə 450 respondent tərəfindən 10 sual cavablandırılmışdır.
🔹 Sorğunun nəticələrinin kibertəhlükəsizlik sahəsində əhalinin maarifləndirilməsi məqsədilə həyata keçiriləcək tədbirlərin effektivliyinin və səmərəliliyinin artırılmasında istifadə olunmasının məqsədəuyğunluğu nəzərə alınaraq, suallar üzrə fərdi cavablara dair statistik məlumatları növbəli şəkildə diqqətinizə çatdırırıq: