Bitdefender kibertəhlükəsizlik şirkətinə səfər həyata keçirilib.

25.11.2023

Bitdefender kibertəhlükəsizlik şirkətinə səfər həyata keçirilib.

 Rumıniya Respublikasına işgüzar səfər çərçivəsində AKTA sədri və əməkdaşları, eləcə də AKTA İdarə heyətinin üzvü olan Cyberpoint şirkətinin rəhbəri və əməkdaşından ibarət nümayəndə heyəti Bitdefender kibertəhlükəsizlik şirkətinin Buxarest şəhərində yerləşən baş ofisinə səfər edib. Səfər çərçivəsində şirkətin idarə heyəti ilə görüş keçirilib və nümayəndə heyətinə şirkətin fəaliyyəti və imkanları barədə ətraflı məlumat verilib. Öz növbəsində, AKTA İdarə heyətinin sədri Elvin Balacanov Bitdefender şirkətinin nümayəndələrini AKTA və AKTA üzvü olan şirkətlər haqqında məlumatlandırıb. Görüş zamanı AKTA və Bitdefender arasında mümkün əməkdaşlıq imkanları da müzakirə olunub.

Qeyd edək ki, qlobal arenada fəaliyyət göstərən Bitdefender şirkəti sahibkarlıq subyektləri, eləcə də qurum və və təşkilatlar üçün qabaqcıl kibertəhlükəsizlik həlləri təqdim edir.

© Bütün hüquqlar qorunur 2022 - 2024