Milli Kibertəhlükəsizlik İndeksinin formalaşdırılması üzrə işlər davam etdirilir

08.06.2023

Milli Kibertəhlükəsizlik İndeksinin formalaşdırılması üzrə işlər davam etdirilir

"Sürətli informasiya axını sui-istifadə hallarının və kiberhücumların artmasına gətirib çıxarır. Ona görə də müasir dövrdə kibertəhlükəsizliyin təmin olunması Azərbaycanda prioritet məsələlərdən biridir" - bunu "Azərbaycan Kibertəhlükəsizlik Təşkilatları Assosiasiyası"nın İdarə Heyətinin sədri Elvin Balacanov Bakıda keçirilən “II Milli Kibertəhlükəsizlik Forumu"nda bildirib.

Elvin Balacanov həmçinin qeyd edib ki: "Forumun əsas məqsədi ölkəmizin kibertəhlükəsizlik ekosisteminin inkişafına töhfə verə biləcək tərəfdaşlarla birgə müzakirələrin təşkilidir. Forumun ənənəvi xarakter alması və hər il keçirilməsi nəzərdə tutulub. Biz kibertəhlükəsizliyin təmin olunması və kibertəhdidlərlə mübarizə aparmaq məqsədilə hüquqi, təşkilati və digər sferalarda səylərimizi birləşdirməliyik".

© Bütün hüquqlar qorunur 2022 - 2024