Kibertəhdidlərə qarşı mübarizə üzrə həyata keçirilən fəaliyyətə, habelə kibertəhlükəsizlik, informasiya təhlükəsizliyi və informasiya texnologiyaları sahəsində (bundan sonra - müvafiq sahə) mövcud texniki-texnoloji məsələlərin müzakirəsinə, eləcə də sahə üzrə zəruri texniki sənəd və prosedurların formalaşdırılmasına və təkmilləşdirilməsinə dəstək vermək.
Müvafiq sahə üzrə kibertəhdid və risklərin müəyyən edilməsi, qiymətləndirilməsi, habelə gələcək təhdidlərin proqnozlaşdırması üzrə fəaliyyətə dəstək verilməsi məqsədilə təhlil və müzakirələrin aparılması;
Kibertəhdidlərin qarşısının alınması və qabaqlanması, o cümlədən operativ və səmərəli məlumat mübadiləsinin təşkili məqsədilə təkliflərin verilməsi, eləcə də ictimai məlumatlandırma prosesində AKTA-nın fəaliyyətinə dəstəyin göstərilməsi;
Kiberfəzada dezinformasiya xarakterli məlumatların yayılmasına qarşı həyata keçirilən fəaliyyətə dəstək verilməsi;
Müvafiq sahənin inkişafı üçün zəruri olan standartların, texniki sənədlərin və prosedurların hazırlanması və təkmilləşdirilməsinə dair təkliflərin verilməsi;
Müvafiq sahədə fəaliyyətə dəstək verilməsi məqsədilə ictimai dinləmə, görüş və dəyirmi masaların təşkil edilməsi;
AKTA “Ağ sənədi”nin (“White paper”) formalaşdırılmasına komitənin fəaliyyət istiqamətləri üzrə töhfə verilməsi.
Sədr
Defscope / CEO
Katib
AKTA / Expert