21 aprel tarixində Azərbaycan Kibertəhlükəsizlik Təşkilatları Assosiasiyasının təşəbbüsü ilə AKTA eksperti Rövşən Məmmədov Azərbaycan Dövlət Neft və Sənaye Universiteti və Gənclərin İnkişaf və Karyera Mərkəzinin birgə təşkilatçılığı ilə keçirilən “CareerLAB” tədbirində iştirak edib.
Tədbir çərçivəsində Rövşən Məmmədov gənclərlə karyera inkişafı, peşəkar fəaliyyət və kibertəhlükəsizlik sahəsində praktiki təcrübələrini bölüşüb, iştirakçıların suallarını cavablandırıb. Görüş zamanı kibertəhlükəsizlik sahəsində mövcud çağırışlar, inkişaf imkanları və bu istiqamətdə peşəkar bacarıqların artırılmasının əhəmiyyəti barədə ətraflı fikir mübadiləsi aparılıb.
AKTA gənclərin kibertəhlükəsizlik sahəsinə marağının artırılması, peşəkar inkişafının dəstəklənməsi və sektor üzrə bilik mübadiləsinin genişləndirilməsi istiqamətində fəaliyyətini davam etdirir.