Xəbərlərə qayıt
News • 20.05.2026

AKTA-nın Kiber Klub tələbələri Azercell ofisinə ekskursiya ediblər

AKTA-nın Kiber Klub tələbələri Azercell ofisinə ekskursiya ediblər

13 may tarixində Azərbaycan Kibertəhlükəsizlik Təşkilatları Assosiasiyasının Kiber Klub təşəbbüsü çərçivəsində Azərbaycan Texniki Universitetinin tələbələri AKTA eksperti Sinan Əliyevin rəhbərliyi ilə AKTA-nın platin üzvü olan Azercell şirkətinin baş ofisinə ekskursiya ediblər.

 

Ekskursiya çərçivəsində tələbələr şirkətin təhlükəsizlik departamenti ilə tanış olub, kibertəhlükəsizlik sahəsində həyata keçirilən fəaliyyətlər barədə ətraflı məlumat əldə ediblər. Onlara Kibertəhlükəsizlik Əməliyyat Mərkəzi (SOC) və Rəqəmsal Laboratoriyanın fəaliyyəti, iş prinsipləri və tətbiq olunan texnoloji həllər təqdim olunub.

 

Bununla yanaşı, informasiya təhlükəsizliyi, kibertəhlükəsizlik və biznesin dayanıqlığı istiqamətləri üzrə şöbələrlə görüşlər keçirilib, məlumat məxfiliyi və məlumatların qorunması sahəsində görülən işlər barədə tələbələr məlumatlandırılıblar.

 

Görüş zamanı iştirakçılara karyera inkişafı ilə bağlı tövsiyələr verilib, onların sualları cavablandırılıb və kibertəhlükəsizlik sahəsində peşəkar inkişaf imkanları barədə fikir mübadiləsi aparılıb.