Azərbaycan Kibertəhlükəszilik Təşkilatları Assosiasiyası (AKTA) tərəfindən həyata keçirilən “Kiberməkanda saxta xəbərlərlə mübarizənin aparılması” layihəsi çərçivəsində təlimlər davam edir

04.10.2023

Azərbaycan Kibertəhlükəszilik Təşkilatları Assosiasiyası (AKTA) tərəfindən həyata keçirilən “Kiberməkanda saxta xəbərlərlə mübarizənin aparılması” layihəsi çərçivəsində təlimlər davam edir

Layihənin üçüncü təlim paketi isə 22.09.2023-cü il tarixində Bakı Gənclər Mərkəzində iştirakçılara təqdim edilmişdir. Layihə rəhbəri Təbriz Cəfərovun layihə haqqında çıxışından sonra AKTA sədri Elvin Balacanov iştirakçıları salamlayaraq layihənin gedişatından bəhs etmiş, mövzunun aktuallığına toxunmuş, xüsusilə də həftənin əvvəlində həyata keçirilmiş lokal xarakterli antiterror tədbirləri zamanı informasiya sferasında atılmış addımlara dair məlumat vermişdir.

Daha sonra “Dövlətlərin daxili işlərinə qarışmama kontekstində informasiya (və ya dezinformasiya) hücumları və onlarla mübarizə” başlığı ilə Dr. Təbriz Cəfərov, “Passiv rəqəmsal iz (“footprinting”): Axtarış motorları, Whois, Archive.org və müxtəlif mənbələr” başlığı ilə İKT ekspertləri Rəşad Əliyev və Rauf Cabarov təqdimat həyata keçirmişdir.

Tədbirin sonunda media nümayəndələri Bakı Gənclər Mərkəzində yerləşən “Kiber Təhlükəsizlik Platforması" rəsmiləri tərəfindən mərkəzin fəaliyyəti ilə tanış edilmişdir.

Ümumilikdə müxtəlif media qurumlarını təmsilən 30-dan artıq jurnalistin qatıldığı təlimlər davam etməkdədir.

Qeyd edək ki, “Kiberməkanda saxta xəbərlərlə mübarizənin aparılması” layihəsi Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə icra edilir.

© Bütün hüquqlar qorunur 2022 - 2024