Rauf Cabarov

İş təcrübəsi:

  • 2018 – 2022-ci illərdə Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi tabeliyində İKT Tətbiqi və Tədrisi Mərkəzinin (İKT LAB) direktoru vəzifəsində çalışıb.
  • 2016 – 2018-ci illərdə Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi tabeliyində Elektron Hökumət Təlim-Tədris Mərkəzinin direktoru vəzifəsində çalışıb.
  • 2017 – 2020-ci illərdə Azərbaycan Dövlət Neft və Sənaye Universiteti və Cisco Şəbəkə Akademiyasının təlimçisi olub.
  • 2010 – 2016-cı illərdə Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin baş məsləhətçisi vəzifəsində çalışıb. “Elektron Hökumət üçün Tədris Mərkəzinin yaradılması” layihəsinin kordinatoru, “İT-nin İnkişafı Dövlət Fondu”nun Müşahidə Şurasının katibi, Yüksək Texnologiyalar Parkının yaradılması üzrə işçi qrupun katibi və innovasiyalar üzrə əlaqələndirmə funksiyalarını yerinə yetirib.
  • 2008 – 2010-cu illərdə müxtəlif vaxtlarda Seçkilər Hesablama Mərkəzi və Azərbaycan Futbol Federasiyalar Assosiasiyasında İT mütəxəssis kimi çalışıb.

Təhsil:

  • 2014 - 2015-ci illərdə Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının Mançester Universitetində "2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı”nın təqaüdçüsü kimi magistr təhsili alıb. “İnformasiya sistemləri və menecment” ixtisası üzrə magistr təhsilini (MSc) fərqlənmə ilə bitirib.
  • 2008 - 2010-cu illərdə Xəzər Universitetində Biznesin idarə edilməsi ixtisası üzrə magistr təhsili (MBA) alıb.
  • 2003 - 2007-ci illərdə Azərbaycan Dövlət İqtisad Universitetində informatika və menecment fakültəsinin dünya iqtisadiyyatında informasiya texnologiyaları ixtisası üzrə bakalavr təhsili alıb.

Peşə fəaliyyəti:

  • İT, kibertəhlükəsizlik, elektron hökumət, innovasiyalar, rəqəmsal təhsil və maarifləndirmə sahəsi üzrə 20-dən çox layihə və təşəbbüslərin rəhbəri olub. İdarəetmə üzrə 10 ilə yaxın təcrübəsi var. Beynəlxalq Telekommunikasiya İttifaqının, Böyük Britaniyanın DİODE tədqiqat qrupunun müxtəlif illərdə eksperti və Avropa Birliyinin EU4Digital layihəsinin e-bacarıqlar şəbəkəsinin ölkə üzrə koordinatoru olub. Startaplar, vençur fəaliyyəti, texnoparklar və innovasiya ekosistemi barədə bir sıra məqalə, tədqiqat və hüquqi sənədlərin müəllifidir.
  • Beynəlxalq “Project Management Professional” sertifikatı ilə layihə idarə edilməsi və “ISO/27001 information security systems lead audit” sertifikatı ilə informasiya təhlükəsiziliyinin auditi üzrə ixtisaslaşmışdır.
  • Böyük Britaniya məzunlarının mükafatının (UK Alumni Award) 2022-ci ildə qalibi olub və Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin 2013 və 2017-ci illərdə fəxri fərmanına layiq görülüb.
  • FİFA Beynəlxalq dərəcəli futbol hakimi olaraq, 2009-cu ildən etibarən Azərbaycan yüksək liqasının və beynəlxalq yarışların 200-dən çox futbol oyunlarını idarə edib.