17 mart tarixində AKTA-nın Kiber Klub təşəbbüsü çərçivəsində Azərbaycan Universitetində seminar təşkil olunub. Seminarda spiker qismində çıxış edən AKTA eksperti Rövşən Məmmədov “Kibertəhlükəsizlikdə karyera: Texnologiya, biznes və real bazar təcrübəsi” mövzusunda təqdimatla çıxış edib. O, iştirakçılara kibertəhlükəsizlik sahəsində karyera imkanları, bu istiqamətdə tələb olunan bilik və bacarıqlar, həmçinin real iş mühitində qarşıya çıxan çağırışlar barədə ətraflı məlumat verib. Tədbir interaktiv müzakirələrlə davam edib və iştirakçıların sualları cavablandırılıb.