AKTA ekspertləri ilə görüşlər keçirildi

20.10.2023

AKTA ekspertləri ilə görüşlər keçirildi

Oktyabr ayı ərzində AKTA-ya yeni müraciət etmiş ekspertlər ilə qrup və fərdi şəkildə görüşlər keçirilib. Görüşlərdə Bakı və regionlardan olan 20-ə yaxın şəxs iştirak edib. 

Görüşlər zamanı ekspertlərin sahə üzrə fəaliyyəti, son illər iştirak etdiyi layihələr və təcrübələri barədə məlumatlar təqdim edilib. Onların AKTA çərçivəsində həyata keçirilməsi mümkün olan təşəbbüs və təklifləri səsləndirilib. Bu təkliflərin həyata keçirilməsi üçün planlar müzakirə edilib.

Görüşlərdə iştirak edən AKTA İdarə Heyətinin sədri Elvin Balacanov və sədr müavini Rauf Cabarov tərəfindən gələcək planlar, ekspertlərdən gözləntilər və mümkün əməkdaşlıq imkanları qeyd edilib. Bildirilib ki, ekspertlərin maarifləndirmə və təhsil sahəsi üzrə təlimçi qismində könüllülük fəaliyyətinə xüsusi ehtiyac vardır. 

Qeyd edək ki, ekspertlər AKTA-nın fiziki üzvləri hesab edilir və AKTA-nın fəaliyyətində aktiv iştirak edirlər. AKTA ekspertləri xüsusi seçim prosedura əsasında AKTA üzvlüyünə qəbul ediliblər və onların sayı artıq 46-ya çatmışdır. Ekspertlər barədə məlumatları AKTA saytında yerləşən ekspert bankından əldə etmək mümkündür. İT və kibertəhlükəsizlik sahəsi üzrə mütəxəssislər aşağıdakı link vasitəsilə ekspert olmaq üçün müraciət edə bilərlər:

© Bütün hüquqlar qorunur 2022 - 2024