Xəbərlərə qayıt
Xəbərlər • 21.11.2025

AKTA İnnovasiya Komitəsinin İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyinin iştirakı ilə görüşü keçirilib

AKTA İnnovasiya Komitəsinin İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyinin iştirakı ilə görüşü keçirilib

İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyi (İRİA) və Azərbaycan Kibertəhlükəsizlik Təşkilatları Assosiasiyası arasında aparılan əməkdaşlıq fəaliyyəti çərçivəsində növbəti tədbir baş tutub. Görüşün məqsədi AKTA-nın İnnovasiya Komitəsinin açıq iclasının keçirilməsi ilə kibertəhlükəsizlik sektorunda startapların mövcud çətinlikləri və ekosistemin problemlərini müzakirə etmək olub. Həmçinin, yaxın vaxtlarda keçirilməsi planlaşdırılan “Kibertəhlükəsizlik startapları və innovasiya məhsullarının demo təqdimatı” tədbirinin müzakirəsi aparılıb. 

 

Tədbirdə AKTA-nın İnnovasiya Komitəsinin sədri, “Digital Umbrella” şirkətinin rəhbəri Ulduzə Xəlilova komitənin əvvəlki dövr ərzində startaplarla bağlı apardığı araşdırmaların nəticələrini təqdim edib. Ardınca İRİA-nın İnnovasiya ekosistemi departamentinin layihə rəhbəri Elxan Şükürov innovasiya ekosistemində görülən son işlər, kibertəhlükəsizlik sahəsində mövcud startapların fəaliyyəti və statistik göstəricilər barədə təqdimatla çıxış edib.

 

Tədbir səmərəli müzakirələrlə yadda qalıb və tərəflər gələcəkdə kibertəhlükəsizlik və innovasiya sahəsində birgə təşəbbüslərin davam etdirilməsi barədə razılığa gəliblər.

Qalereya