Xəbərlərə qayıt
Xəbərlər • 02.12.2025

AKTA-nın tərəfdaşlığı ilə “Məktəblilərarası Milli Hakaton - 2025” müsabiqəsi uğurla keçirildi

AKTA-nın tərəfdaşlığı ilə “Məktəblilərarası Milli Hakaton - 2025” müsabiqəsi uğurla keçirildi

28 noyabr 2025-ci il tarixində Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin dəstəyi, “Alqoritmika” beynəlxalq proqramlaşdırma və riyaziyyat məktəbinin təşkilatçılığı və Azərbaycan Kibertəhlükəsizlik Təşkilatları Assosiasiyasının (AKTA) tərəfdaşlığı ilə “Məktəblilərarası Milli Hakaton - 2025” müsabiqəsi uğurla keçirilib.

 

Artıq ənənəyə çevrilən bu müsabiqə ölkənin müxtəlif bölgələrindən olan məktəbliləri bir araya gətirərək onların innovativ düşüncəsini, komandada işləmək bacarığını və proqramlaşdırma üzrə biliklərini nümayiş etdirməsinə imkan yaradır.

 

Hakatonun keçirilməsində əsas məqsəd məktəblilər arasında rəqəmsal bacarıqların inkişafına töhfə vermək, onları müasir İT trendləri ilə tanış etmək və proqramlaşdırma, texnoloji yaradıcılıq sahələrində yeni bilik və bacarıqlar qazandırmaqdır.

 

Tədbirdə AKTA-nın baş katibi Fidan Əhmədova müsabiqənin əhəmiyyəti və Assosiasiyanın prosesə verdiyi dəstək barədə fikirlərini bölüşüb. Tərəfdaşlıq çərçivəsində AKTA-nın ekspertləri münsif qismində çıxış edərək layihələrin qiymətləndirilməsində peşəkar yanaşma nümayiş etdiriblər.

 

Hakaton dörd əsas mərhələ və finaldan ibarət olmaqla zəngin proqram əsasında təşkil olunub. İştirakçılar test tapşırıqlarını yerinə yetirib, komanda şəklində problem həlli üzərində çalışıb və innovativ layihələr hazırlayaraq bilik və bacarıqlarını təqdim ediblər.

 

29-30 noyabr tarixlərində yarımfinal mərhələsi keçirilib və iştirakçılar öz ideya və layihələrini təkmilləşdirərək münsiflər qarşısında təqdim ediblər. 1 dekabr tarixində baş tutan final mərhələsində komandalar yekun layihələrini təqdim edərək qalib adı uğrunda mübarizə aparıblar.

 

Tədbirdə dövlət qurumlarının nümayəndələri də iştirak edərək müsabiqənin əhəmiyyətini yüksək qiymətləndiriblər.

 

Bağlanış mərasimində AKTA-nın baş katibi Fidan Əhmədova müsabiqənin məzunlarına sertifikat və mükafatları təqdim edib.