image

AKTA-nın təşkilati dəstəyi ilə Azərbaycan Mikromaliyyə Konfransı baş tutub

25.10.2024

AKTA-nın təşkilati dəstəyi ilə Azərbaycan Mikromaliyyə Konfransı baş tutub

23 oktyabr 2024-cü il tarixində Azərbaycan Mikromaliyyə Assosiasiyasının təşkilatçılığı və Azərbaycan Kibertəhlükəsizlik Təşkilatları Assosiasiyası, Azərbaycan Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyasının və Azərbaycan Mühasiblər və Risk Peşəkarları Assosiasiyasının təşkilati dəstəyi ilə “Dayanıqlı Mikromaliyyə üçün İnnovativ Həllər” mövzusuna həsr edilmiş 10-cu Azərbaycan Mikromaliyyə Konfransı keçirilib. 

Tədbir mikromaliyyə sahəsinə həsr olunmuş müxtəlif mövzularda keçirilən panel-müzakirələr ilə müşayiət olunub. Mövzular sırasında “Mikromaliyyə təşkilatlarında rəqəmsal transformasiya və texnologiyalar” və “Rəqəmsal mikromaliyyədə kibertəhlükəsizlik çağırışları” xüsusi maraq kəsb edib. 

Konfransda AKTA-nın İdarə Heyəti (İH) və nümayəndələri aktiv iştirak edib. Belə ki, Konfransın kibertəhlükəsizlik mövzusuna həsr edilən paneli AKTA İH-nin sədr müavini Rauf Cabarovun moderatorluğu, İH-nin sədri Elvin Balacanov, İH-nin üzvü olan Simbrella MMC-nin İT infrastruktur və əməliyyatlar şöbəsinin rəhbəri Kənan Məmmədov, AKTA eksperti olan Aqrarkredit QSC-nin İT direktoru Elşad Nuriyevin məruzəçiliyi ilə keçirilib. Həmçinin, bu paneldə Mərkəzi Bankın İnformasiya və kibertəhlükəsizlik departamentinin direktoru Elnur Eyvazlının çıxışı baş tutub. Paneldə mikromaliyyə sektorununda mövcud olan kiber təhdidlər və gələcəkdə gözlənilən trendlər və kiber risklər ətraflı müzakirə edilib.