Azərbaycan Kibertəhlükəsizlik Təşkilatları Assosiasiyası “4-cü Türkiyə Kiber Təhlükəsizlik Zirvə Toplantısı”nda təmsil olunub

05.03.2024

Azərbaycan Kibertəhlükəsizlik Təşkilatları Assosiasiyası “4-cü Türkiyə Kiber Təhlükəsizlik Zirvə Toplantısı”nda təmsil olunub

Cari ilin 23 - 25 fevral tarixlərində Türkiyə Respublikasının Antalya şəhərində Türkiyə Kiber Təhlükəsizlik Klasterinin (“Türkiye Siber Güvenlik Kümelenmesi”) təşkilatçılığı ilə “4-cü Türkiyə Kiber Təhlükəsizlik Zirvə Toplantısı” keçirilib.
Tədbirdə Azərbaycan Kibertəhlükəsizlik Təşkilatları Assosiasiyası (AKTA), habelə AKTA üzvü və tərəfdaşı olan şirkətlər - “A2Z Technologies”, “B&B Security Alliance”, “Defscope”, “Azintelecom” və “Techpro DC” təmsil olunub.
 Türkiyə, Azərbaycan, İsveçrə, Malayziya, Sinqapur və Səudiyyə Ərəbistanının kibertəhlükəsizlik üzrə fəaliyyət göstərən aidiyyəti qurumlarının və şirkətlərinin rəhbər vəzifəli nümayəndələrinin və mütəxəssislərinin iştirak etdiyi tədbirdə müxtəlif yerli və xarici şirkətlərin innovativ həll və texnologiyalarının təqdimatı həyata keçirilib. 
Tədbir çərçivəsində, həmçinin AKTA üzvü və tərəfdaşı olan şirkətlərlə Türkiyə şirkətlərinin nümayəndələri arasında çoxsaylı B2B formatlı görüşlər baş tutub. Habelə, AKTA İdarə Heyətinin sədri Elvin Balacanovla 25-dən çox şirkətin (“STM”, “PICUS”, “KARMASİS BİLİŞİM”, “Gais Siber Güvenlik”, “Binalyze”, “ARKSOFT”, “Ordulu Teknoloji”, “NGX STORAGE”, “Arksigner”, “C-PROT”, “CYBERARTS”, “Entera Teknoloji”, “CYBERWISE”, “INVICTA”, “Menabyte”, “DIFOSE”, “TRtest”, “TÜRKTRUST”, “INFOSEC”, “PROCENNE”, “ePati”, “Parta Networks”, “CyberFortress”, “SIBERSON”, “SECURIFY”) rəhbər və nümayəndələri arasında baş tutmuş görüşlərdə adıçəkilən şirkətlərin məhsul və həlləri ilə tanışlıq həyata keçirilib və potensial əməkdaşlıq imkanları müzakirə edilib.
Türkiyə Kiber Təhlükəsizlik Klasterinin nümayəndələri ilə keçirilmiş görüşdə kibertəhlükəsizlik təhsili sahəsində əməkdaşlığın genişləndirilməsi, o cümlədən Azərbaycanda fəaliyyət göstərən Kiber Klublar Birliyi ilə Türkiyə Kiber Klublar Birliyi arasında əlaqələrin gücləndirilməsi, gələcəkdə birgə tədbirlərin həyata keçirilməsinə dair fikir mübadiləsi aparılıb.

© Bütün hüquqlar qorunur 2022 - 2024